Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistandakı proseslərin arxasında Qərb dayanır?

Ermənistandakı proseslərin arxasında Qərb dayanır?


Ermənistanda cərəyan edən proseslərin arxasında Qərb, yaxud Rusiyanın durduğuna dair müxtəlif fikirlər səslənir. Bəs görəsən ekspertlər bu barədə nə düşünür?

Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmrəliyev deyib ki, hazırda İrəvanda keçirilən aksiyalarda əsas hərəkətvericilərdən biri Qərbə məxsus qruplardır.

Onun sözlərinə görə, Qərbdəki erməni diasporu öz yaxın adamları olan keçmiş xarici işlər naziri Vardan Oskanyanın vasitəsi ilə proseslərə müxtəlif üsullarla müdaxilələr etməyə cəhd göstərir:

"Oskanyan fəallıq edir, müxtəlif görüşlər keçirir, hökumətin devrilməsi üçün müxtəlif formullar təklif edir. Görünür ki, Qərb Ermənistanda Paşinyanın dəyişməsində maraqlıdır. Beləliklə, biz Cənubi Qafqazın hər iki ölkəsində - həm Gürcustanda, həm Ermənistandakı aksiyalarda Qərbin rolunu görürük. Ümumiyyətcə, Qərb hər zaman müxtəlif ölkələrdə hakimiyyət dəyişikliyinə bu və ya digər formada dəstək verib. Bu isə çox vaxt təəsüf ki, həmin ölkələrə bədbəxtlikdən başqa heç nə gətirmir".

Süleyman
Xəbəri paylaş