Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Komitə sədri Qlobal Dialoq Forumunda iştirak edəcək

Komitə sədri Qlobal Dialoq Forumunda iştirak edəcək


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 15-16 may tarixlərində Lissabonda Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) təşkilatçılığı ilə “Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda keçiriləcək Qlobal Dialoq Forumunda iştirak edəcək.

Qeyd edək ki, KAICIID dünyanın bütün əsas dinlərinin nümayəndələri tərəfindən idarə olunan yeganə hökumətlərarası təşkilatdır. Təşkilatın missiyası müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar arasında sülh, tolerantlıq və anlaşmanı təşviq etməkdir. Qlobal Dialoq Forumunun məqsədi isə BMT-nin 2030-cu il Gündəliyində təsbit edilən ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir. Tədbirdə sabiq hökumət başçıları, nüfuzlu beynəlxalq dini və siyasi təşkilatların, QHT, dini mərkəz və elmi institutların nümayəndələri iştirak edəcəklər.

Newscenter.az xəbər verir ki, 7 panel sessiyanı əhatə edəcək Forumda dialoq və etimadın yaradılması, münaqişə və müharibənin əsas səbəblərinin aradan qaldırılması, davamlı sülhün yaradılması prosesi, o cümlədən təbii resursların mühafizəsi və iqlim dəyişikliyi problemlərinin həllində dini və dünyəvi tərəfdaşlığın rolu barədə müzakirələr aparılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş