Ötən il Qazaxıstana iki dəfə çox turist gəlib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, nəticədə turizm sektorundan büdcəyə vergi daxilolmaları 450 milyard tenge təşkil edib. Bu da bir il əvvəllə müqayisədə 64 milyard tenge çoxdur. 2023-cü ildə turizm sənayesinin əsas kapitalına qoyulan investisiyaların həcmi 787 milyard tenge təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53% (513 milyard tenge) çoxdur.
Rəsmi məlumata əsasən, 2023-cü ildə ölkəyə 9,2 milyon əcnəbi gəlib. Bu da bir il əvvəlkindən (4,7 milyon nəfər) 2 dəfə çoxdur.
Bu müddət ərzində ölkə daxilində isə 9,6 milyondan çox yerli vətəndaş səyahət edib. Bu göstərici 1 milyon nəfər artıb.
Natiq Orucov