"Həm Ermənistanda, həm də Gürcustanda baş verənlərdə Qərbin rolunu görürük. Gürcüstanda qəbul edilən qanun məhz Qərbdən maliyyələşən ictimai təşkilatlar üçün nəzərdə tutulub. Hazırda Tiflisdəki mitinqlərdə iştirak edənlərin əsas aparıcı qüvvəsini də məhz bu təşkilatlar təşkil edir. Xüsusilə biz tələblərin aktivliyini götürürük".
Newscenter.az xəbər verir ki, bu fikirləri poltoloq Zeynal Əmərliyev sözügedən ölkələrdə baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, uzun müddətdir Qərb institutları Gürcüstandakı ali məktəblərdə tələbələr arasında siyasi simulizasiyalar, müxtəlif konfranslar keçiririrlər:
"Bunların mahiyyəti əsas etibarı ilə hakimiyyətin dəyişməsi üçündür. Hazırda həmin tələbələr meydanlarda aktivlik edirlər. Biz hazrda onu müşahidə edirik ki, Qərb Gürcüstanda hökumətə təzyiq yolunu tutub. Məsələn, Bidzina İvanaşvilinin Qərb banklarındakı pullarını dondurmaq qərarına gəlib. Eyni zamanda hökumət rəhbərliyi Tiflisə gələn ABŞ Dövlət katibinin köməkçisi ilə görüşmədi. Eyni formul Ermənistanda da yaşanır. Aksiyaların fonunda, baxmayaraq ki, baş nazir Nikol Paşinyan Qərbmeyilli şəxsdir, onun əvəzlənməsi üçün də sanki Qərb, xüsusilə də ABŞ mətbuatı kampaniya aparır".
Politoloq onu da deyib ki, Paşinyanın öz komanda yoldaşları onu əvəz etmək üçün hazır durur.
Süleyman