"Yaxın zamanlarda qeyri-hökumət təşkilatları ilə bağlı islahatlar dərinləşəcək. Bu islahatlardan qeyri-hökumət təşkilatları da öz bəhrəsini alacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri
Azərbaycan Respublikasının Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev səsləndirib. PA rəsmisi qeyd edib ki, onun əsas fəaliyyəti və məqsədi QHT-lərin nüfuzunu özünə qaytarmaq, onların daha aktiv fəaliyyətinə stimul vermək, nail olmaqdır.
Tural Əliyev deyib ki, bu gün bir çox QHT-lər beynəlxalq platformalarda Azərbaycanı ən yüksək səviyyədə təmsil edir, uğurlu fəaliyyət sərgiləyirlər:
"Artıq beynəlxalq tədbirlərdə QHT-lər yalnız şəkil çəkdirmirlır, eyni zamanda Azərbaycanı layiqincə təmsil edirlər".
Süleyman