"Regionda baş verənlər Azərbaycanı daha diqqətli olmağa məcbur edir. Çünki iki güc arasında qalmaq bizim üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə Cənubi Qafqazda cərəyan edən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, bu baxımdan Azərbaycanın sərgilədiyi balanslı siyasət mövqeyi kifayət qədər düzgün mövqedir:
"Məhz bu cür siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunu davam etdirməyə və kiminsə boyunduruğu altına girməməyə imkan verir. Bu çür mövqe həm də tərəflərdən birinə yaxınlaşmaqla digər tərəfin təzyiqlərinə tuş gəlməyin də qarşısını alır".
Anar Əliyev