"Rusiyanın Xarkov istiqamətində hücuma başlaması və bir neçə yaşayış məntəqəsini ələ keçirməsi bir çox analitiklərdə Ukraynanın məğlub olduğu fikri yaradır. Taktiki olaraq irəliləmə görüntüsü olsa da, Rusiya ordusu 3-4 km irəli gedə bilib. Rusiya ordusu əslində hələlik Ukrayna ordusunun əsas müdafiə xəttinə çatmayıb. Volçansk və Kupyansk istiqamətində hücum əslində aldadıcı hesab olunur".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov Rusiya-Ukrayna savaşında birincinin üstünlüyünü şərh edərkən səsləndirib. O deyib ki, Xarkov və Sumsk istiqamətində operativ sahə yoxdur, oralar boz zonalardır:
"Rusiyanın genişmiqyaslı hücum üçün potensialı yoxdur. Bu, Ukraynalı analitiklərin fikridir".
Azər Qasımov deyib ki, Blinkenin qatarla Kiyevə gəlməsi vəziyyətdə dönüş yaradacaq:
"Rusiyaya heç vaxt qələbə çalmağa imkan verməyəcəklər. ABŞ-da hələ 2025-ci ildə Ukraynanın əks hücumundan danışırlar. Ukraynaya ciddi şəkildə silah-sursat gətirilir. Göründüyü kimi Rusiyanın təyyarə və helikopterləri vurulmağa başlanıb. Müharibə zatən hər ölkə üçün ağır günlərdir, xüsusən də, bu, Rusiya olarsa. Odur ki, kiçik qələbələr hələ qələbə deyil".
Süleyman