Türkmənistan qazı Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə çatdırılacaq.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib. O bildirib ki, müzakirələrin nəticəsi olaraq Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması ilə bağlı razılıq əldə edilib.
Nazir Bayraktar həmçinin deyib ki, Naxçıvanın təbii qazı bu qış Türkiyə üzərindən nəql olunacaq:
"Biz bu xətti (İğdır-Naxçıvan) ən qısa zamanda istifadəyə verməyi planlaşdırırıq".
Anar Əliyev