Gürcüstanda baş verən proseslərlə əlaqədar olaraq dörd ölkənin xarici siyasət idarəsinin rəhbəri bu ölkəyə səfərə gəlib.
Newscenter.az "Sputnik Gürcüstan"a istinadən bildirir ki, bunlar Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləridir.
Bayba Braje, Qabrielius Landsberqis, Marqus Tsaxkna və Tordis Kolbrun Reikford Gilfadottir Gürcüstanda bir sıra görüşlər keçirəcəklər.
Məlumata görə, bu gün nazirlər Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək, daha sonra bəyanatla çıxış edəcəklər.
Xatırladaq ki, mayın 14-də genişmiqyaslı etirazlara və beynəlxalq ictimaiyyətin tənqidlərinə baxmayaraq, parlament qalmaqallı “xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.
Anar Əliyev