Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyadan cəlb edilən investisiyaların həcmi rekord həddə çatıb

Almaniyadan cəlb edilən investisiyaların həcmi rekord həddə çatıb


"Almaniya Qazaxıstanın Avropa İttifaqında strateji tərəfdaşı hesab olunur. Ticarət-iqtisadi əlaqələr sürətlə inkişaf edir. Alman biznesi də Qazaxıstandakı payını genişləndirməkdə maraqlıdır".

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu ölkə prezdenti Kasım-Jomart Tokayev deyib.

Prezident qeyd edib ki, Almaniyadan Qazaxıstana birbaşa investisiyaların həcmi ötən il 64 faiz artaraq 770 milyon dollara çatıb:

"Bu, rekord göstəricidir".


Qeyd edək ki, bu fikirləri Prezident Tokayev Şərqi Almaniya İqtisadi Komitəsinin idarə heyətinin sədri Katrina Klaas-Mühlhauseri qəbul edərkən səsləndirib.

Görüşdə prezident Kasım-Jomart Tokayev və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin İdarə Heyətinin sədri və CLASS Group şirkətinin Müşahidə Şurasının sədri Katrina Klaas-Mühlheuser ikitərəfli iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.


Süleyman
Xəbəri paylaş