Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının iclası keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının iclası keçirilib


Mayın 14-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Müşahidə Şurasının, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda Cəmiyyətin kənar auditorunun 2023-cü il üzrə həyata keçirilmiş audit prosedurlarının nəticələrinə dair təqdimatı və Cəmiyyətin İdarə Heyətinin qeyd olunan dövr üzrə konsolidə edilmiş maliyyə hesabatlarına dair təqdimatı dinlənilib. Geniş müzakirələrin ardınca konsolidə edilmiş maliyyə hesabatları Müşahidə Şurası tərəfindən məqbul hesab olunub.

İclasda ASCO-nun 2023-cü il üzrə idarəetmə hesabatı və Cəmiyyətin cari fəaliyyəti ilə əlaqədar digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar verilib.

İclasda həmçinin Cəmiyyətin donanmasının yenilənməsi, bazar konyunkturasından, eləcə də qlobal iqlim dəyişiklikləri fonunda dekarbonlaşma və “yaşıl artım” çağırışlarından irəli gələrək Cəmiyyətin gələcək fəaliyyət prioritetlərinin müəyyən edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Süleyman
Xəbəri paylaş