Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu universitet 139 işçi götürəcək

Bu universitet 139 işçi götürəcək


Ankara Universiteti 139 yeni işçi götürəcək.

Newscenter.az təhsil ocağına istinadən bildirir ki, 92 tibb bacısı, 15 sağlamlıq texniki işçisi, 13 köməkçi personal, 12 mühafizə və təhlükəsizlik işçisi, 3 ofis işçisi, 1 texnik, 1 fizioterapevt, 1 digər səhiyyə işçisi və 1 rentgen mütəxəssisi müqavilə əsasında işə alınacaq.

Namizədlər 15-29 may tarixləri arasında “https://personeldb.ankara.edu.tr” internet saytından müraciət edə biləcəklər. Şəxsən və ya poçtla edilən müraciətlər qəbul edilməyəcək. Namizədlərin seçimi zamanı KPSS bal sıralaması əsas götürüləcək.

Müqavilə bağlamağa haqq qazanan namizədlər 2022 KPSS (B) qrup bal sıralamasına əsasən təyin olunacaq və heç bir yazılı və ya şifahi imtahan keçirilməyəcək.

Namizədlərin balları bərabər olarsa, məzuniyyət tarixi daha erkən olan namizədə, bu da bərabər olduqda isə doğum tarixindən yuxarı olan namizədə üstünlük verilir.

Anar Əliyev
Xəbəri paylaş