Çin ökəyə gələn turistlərə viza verilməsi prosesini bir qədər sadələşdirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Pekin kruiz gəmiləri ilə gələn əcnəbilərə vizasız giriş icazəsi verib.
Çinin Miqrasiya Məsələləri üzrə Dövlət Administrasiyasının məlumatına görə, söhbət Tianjin, Dalyan, Şanxay, Lianyunqanq, Vençjou, Çjouşan, Syamen, Quançjou, Beyhay, Haykou və Sanya limanlarında sərhəd keçidlərindən gedir. Belə ki, Çin mütəşəkkil turist qruplarının tərkibində kruiz gəmiləri ilə gələn xarici vətəndaşlar üçün vizasız giriş rejimi tətbiq edib.
Qərara əsasən, mayın 15-dən etibarən əcnəbilər sözügedən limanlarda sərhədi keçə və Çində 15 gün vizasız qala bilərlər.
Mehman Mehdiyev