Türkiyəni qarışdırmağa, yenidən dövlət çevrilişi etməyə cəhd göstərilir. Təsadüfi deyil ki, Türkiyədə Milliyyətçı Hərakat Partiyasının sədri Dövlət Baxçalı da dövlət çevrilişinə cəhd olunduğunu qeyd edib. Polislərdən ibarət bir qrup bu istiqamətdə fəaliyyət göstərib.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Prezident Ərdoğanın apardığı siyasət nəticəsində Türkiyə beynəlxalq güc yolunda inamla irəliləyir. Onun sözlərinə görə, Ankaranın müstəqil siyasəti və hərbi sənayesini inkişaf etdirməsi onun hədəfə gəlməsinə gətirib çıxarır:
"Bu çevrilişin arxasında FETÖ olduğu istisna edilməməlidir. FETÖ sıradan tam çıxarılmayıb. Bir neçə ölkədə və Türkiyənin özündə hücrələri fəaliyyət göstərir".
Politoloq deyib ki, Türkiyə ordusunda FETÖ ilə bağlı ciddi təmizləmə oldu:
"2016-ci ildə ordunun çevriliş cəhdinin qarşısını polis aldı. Görünür, FETÖ polis sistemində iş aparmağı hədəfləyib. FETÖ rəhbəri Fətullah Gülən ABŞ -dadir və fəaliyyətini davam etdirir".
Məhəmməd Əsədullazadə deyib ki, Türkiyədə polisdə ciddi təmizləmə işləri həyata keçiriləcək:
"Türkiyənin Şimali İraqda PKK-ya qarşı planlaşdırdığı geniş miqyaslı hərbi əməliyyatlar öncəsi çevriliş cəhdi bu əməliyyatın qarşının alınmasına yönəlib. Qeyd edim ki, 2016-ci ildə çevriliş vaxtı Türkiyə Şimali Suriyada anti-terror əməliyyatı planlaşdırırdı. İndiki çevriliş cəhdi Türkiyənin terror təşkilatlarina qarşı hərbi əməliyyatların qarşısının alınmasına yönəlib".
Süleyman