Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan və Ermənistanın timsalında Qərbin Rusiya ilə mübarizəsi gedir

Gürcüstan və Ermənistanın timsalında Qərbin Rusiya ilə mübarizəsi gedir


"Regionda arzuedilməz proseslər gedir. Həm Gürcüstan, həm də Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, Qərb, Birləşmiş Ştatlar demokratiya adı altında Cənubi Qafqaza digər regionlarda, ərəb dünyasında olduğu kimi fəlakət, qırğınlar gətirməyi planlayır".

Newscenter.az
xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Gürcüstan və Ermənistanda baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, hər iki ölkədə baş verənlər əslində Qərbin, ABŞ-ın növbəti oyunudur:

"Gürcüstan və Ermənistanın timsalında Qərbin Rusiya ilə mübarizəsi gedir. Əslində bu hansısa bir ölkə deyil, ümumi region uğrunda mübarizədir. Ukrayna cəbhəsində Rusiyanı istədikləri şəkildə zəiflədə, onu Kiyev qarşısında məğlub duruma düşürə bilməyən Qərb, Birləşmiş Ştatlar indi də Qafqaz cəbhəsindən Moskvaya zərbə vurmaq istəyir".

Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, regionda baş verə biləcək istənilən arzuedilməz situasiya Azərbaycana da təsirsiz ötüşməyəcək:

"Ən azı sosial, humanitar aspektdən baş verənlər bizə öz mənfi təsirini göstərə bilər".

Süleyman
Xəbəri paylaş