Nigeriyada hərbi bazaya silahlı hücum baş verib.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, Katsina əyalətində hərbi bazaya silahlı hücum nəticəsində 5 əsgər həyatını itirib, 11 əsgər isə yaralanıb.
Baş vermiş hadisəni ölkənin rəsmi dairələri də təsdiqləyiblər.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşir.
Qeyri-qanuni silahlı şəxslərin motosikletlərə hücumu səbəbindən ölkənin bəzi ştatlarında motosikletlərdən istifadə qadağan edilib.
Anar Əliyev