Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib

İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib


Türkiyə Slahlı Qüvvələri İraqın Şimalında terrorizmə qarşı mübarizəni uğurla davam etdirir.

Newscenter.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, İraqın şimalındakı Qara və Hakurk bölgələrində keçirilən hava əməliyyatları ilə 12 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında Qara və Hakurk bölgələrində aşkarladıqları 12 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib",-deyə bildirilib.

Açıqlamada bu ifadələr də yer alıb: “Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlara davam edəcəyik”.

Mehman Mehdiyev
Xəbəri paylaş