Türkiyənin İzmir vilayətində, Egey dənizində 4,5 maqnitudalı zəlzələ olub.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.
Qeyd edilib ki, ilk təkanın ardınca 3,7 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.(report)