Keçən il Türkiyədə 958 min 408 körpə doğulub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, ötən il diri doğulan körpələrin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edib.
Bir qadının münbit dövründə (15-49 yaş qrupu) dünyaya gətirə biləcəyi uşaqların orta sayını ifadə edən "ümumi doğuş əmsalı" 2001-ci ildə 2,38 uşaq, 2023-cü ildə isə 1,51 uşaq olub.
2023-cü ilsə qeydə alınan doğum göstəricisi 2022-ci illə müqayisədə artıq olub.
Nərgiz Əzizova