Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanın sosial-iqtisadi inkişafı müzakirə edilib

Naxçıvanın sosial-iqtisadi inkişafı müzakirə edilib


İqtisadiyyat Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Dövlət Proqramı üzrə Əlaqələndirilmə qrupunun 2024-cü il üçün Yol Xəritəsinin təqdimatı edilib, monitorinq və qiymətləndirmə sahəsində görülən işlər müzakirə edilib.

İclasda, həmçinin Dövlət Proqramı çərçivəsində yeni qanunverilicik və təşəbbüs layihələrinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin təqdimatı keçirilib.

Bildirilib ki, Komissiyanın Rəqəmsal İdarəetmə Platforması vasitəsilə icraçı qurumlar tərəfindən təqdim olunan təkliflərə və ya layihələrə özəl sektor, konsaltinq şirkətləri və biznes assosiasiyalarının təmsilçiləri tərəfindən müvafiq tövsiyələrin təqdim olunması Dövlət Proqramının Tədbirlər Planının daha effektiv və keyfiyyətli icrasına müsbət töhfə verə bilər.

Qeyd: “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin daha effektiv və keyfiyyətli icrası məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında xüsusi Əlaqələndirmə Qrupu yaradılıb.

Süleyman
Xəbəri paylaş