İsrailin keçən ilin oktyabrından Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində öldürülən fələstinlilərin sayı 35 min nəfəri keçib.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 35 min 173 fələstinli həyatını itirib. Bu müddət ərzində 79 min 61 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu ehtimal edilir.
Mehman Mehdiyev