Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib


Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.

Newscenter.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.

Süleyman
Xəbəri paylaş