Türkiyə Qazaxıstan vətəndaşını bu ölkəyə ekstradisiya edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə quldurluq, adam öldürmə və oğurluq cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin ölkəyə ekstradisiyasına nail olublar.
Qeyd edək ki, 2022-ci ilin mart ayında Almatı vilayətində şübhəli şəxs qardaşı ilə birlikdə dəyəri 300 milyon tengedən çox olan tütün məmulatları daşıyan yük maşınının sürücüsünə quldurluq edib. Onlar sürücünü öldürüb, meyiti isə yoldakı çuxura basdırıblar.
Cinayəti törətmiş şübhəlilərdən biri yaxalanıb və nəticədə məhkum olunub, ikincisi isə istintaqdan qaça bildiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib.
Anar Əliyev