Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada İsrail ordusuna aid 21 maşın hədəfə alınıb

Qəzzada İsrail ordusuna aid 21 maşın hədəfə alınıb


İsrail Qəzzaya qarşı hərbi əməliyyatlara başladığı vaxtdan indiyə qədər ilk dəfə ciddi müqavimətlə qarşılaşıb.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, Qəzza zolağındakı fələstinli qruplar İsrail ordusuna aid 21 avtomobili atəşə tutaraq ona ciddi ziyan vurub.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları və İslami Cihadın hərbi qanadı Qüds Şəriəti məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, Fələstinli qruplar dünən Qəzza zolağının cənubunda Rəfah və şimalda Cibaliya Qaçqınlar Düşərgəsinin şərqində və Qəzza şəhərinin Əz-Zeytun məhəlləsində İsrail ordusu ilə şiddətli toqquşmalara başlayıb. Qarşıdurmalar zamanı İsrail ordusuna aid 14 tank, 4 buldozer və 3 şəxsi heyət daşıyan maşın olmaqla 21 maşın hədəfə alınıb.

Mehman Mehdiyev
Xəbəri paylaş