Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 189-a çatdı

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 189-a çatdı


İsrailin Qəzzaya qarşı apardığı hərbi əməliyyatlardan çoxlu sayda BMT əməkdaşı da həlak olub.

Newscenter.az xəbər verir ki, keçən il, oktyabrın 7-dən başlayan əməliyyat nəticəsində həlak olan BMT əməkdaşlarının sayı 189-a çatıb.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında Qəzza zolağındakı vəziyyətlə bağlı məlumatında qeyd edilir ki, İsrail ordusunun qurudan hücumları Qəzza şəhərində, cənubda Rəfahın şərqində və Rəfah və Kerem Əbu Səlim Sərhəd Qapıları ətrafında genişlənməyə davam edir.

Vurğulanır ki, ehtiyacın artmasına baxmayaraq, humanitar yardım təşkilatlarının xüsusilə Qəzzanın şimalında həssas insanlara daxil olmasının qarşısı davamlı olaraq alınır.

Mehman Mehdiyev
Xəbəri paylaş