Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Universitet tələbələrini sevindirəcək mühüm sənədə imza atıldı

Universitet tələbələrini sevindirəcək mühüm sənədə imza atıldı


Qazaxıstan və Özbəkistan təhsil sahəsində mühüm sənədə imza atıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, iki ölkə ikili diplom təhsili haqqında memorandum imzalayıblar.

Məlumata görə, memorandum M.X. Dulati adına Taraz Regional Universiteti Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu arasında imzalanıb.

Belə ki, Qazaxıstanın ali təhsil müəssisələrinin eyni ixtisas üzrə təhsil alan tələbələri qonşu dövlətin təhsil müəssisəsinin diplomunu ala bilərlər. 2023-cü ildə təhsilə başlayan M.X.Dulati adına Taraz Regional Universitetinin tələbələri universiteti bitirdikdən dərhal sonra iki diplom alacaqlar.

Nərgiz Əzizova
Xəbəri paylaş