Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İsrail münasibətləri müsəlman və yəhudi ölkələri arasında qarşılıqlı əlaqələrin unikal nümunəsidir.

Azərbaycan-İsrail münasibətləri müsəlman və yəhudi ölkələri arasında qarşılıqlı əlaqələrin unikal nümunəsidir.


"Ayrı-ayrı dövlətlərlə ikitərəfli və bərabərhüquqlu münasibətlərinin imkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Dünyanın harasında yerləşmsindən asılı olmayaraq ölkəmiz bu və ya digər dövlətlərlə münasibətləri inkişaf etdirdikdə mütləq şəkildə ilkin olaraq Azərbaycanın maraqlarını əsas tutaraq addımlar atır. Və bu münasibətlər ayrı-ayrı dövlətlər arasındakı münasibətlərdən kənarda inkişaf etdirilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna ilə kifayət qədər yaxşı münasibətlər qurulduğu kimi İsrail və Fələstinlə də olan ikitərəfli münasibətlər ən yüksək səviyyədə inkişaf etdirilir:

"Başqa sözlə desək ölkəmizin Ukraynanın ərazi bütövlüyünü dəstəkləsi ilə bağlı mövqeyi Rusiya ilə ikitərəfli münasibətlərə təsir göstərmədiyi kimi Fələstin məsələsində İslam həmrəyliyinə sadiqlik nümayiş etdirməsi də İsraillə münasibətlrə hər hansı təsir göstərmir.

Ümumiyyətlə qeyd edim ki, Azərbaycan-İsrail münasibətləri müsəlman və yəhudi ölkələri arasında qarşılıqlı əlaqələrin unikal nümunəsidir. Dini və mədəni ənənələrdəki fərqlərə baxmayaraq, Azərbaycan və İsrail qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələri uğurla inkişaf etdirirlər".

Yusif Bağırzadə deyib ki, Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və o vaxtdan bəri ölkələr müxtəlif sahələrdə, o cümlədən elm, texnologiya, tibb və müdafiə sahələrində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. İsrail regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində mühüm rol oynayan Azərbaycana əsas silah tədarükçülərindən biridir:

"İki ölkə arasında iqtisadi əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir: İsrail Azərbaycan iqtisadiyyatına, xüsusilə enerji və kənd təsərrüfatı kimi sektorlara əsas sərmayədardır. Azərbaycan da öz növbəsində İsrailə neft və neft məhsulları verir ki, bu da İsrailin enerji təhlükəsizliyini gücləndirməyə kömək edir.

Bundan əlavə, ölkələr arasında mədəni və təhsil əlaqələri fəal şəkildə inkişaf edir. Azərbaycanda İsraillə sıx əlaqələr saxlayan yəhudi icması yaşayır. Hər il iki ölkə xalqları arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədi ilə müxtəlif mədəni tədbirlər keçirilir.

Beləliklə, Azərbaycan və İsrail zamanın sınağından keçmiş müttəfiqdir. Xarici çağırışlara və daxili fərqlərə baxmayaraq, Azərbaycan-İsrail əlaqələri inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Hər iki dövlət əməkdaşlığı genişləndirməyə və qarşılıqlı faydalı əlaqələri gücləndirməyə çalışır ki, bu da regionda sabitliyə və rifaha töhfə verir".

Süleyman
Xəbəri paylaş