Qarşıdakı ildə qlobal buğda istehsalının artacağı proqnozlaşdırılır. Belə ki, 2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının 2023/2024-cü ilə nəzərən 10 milyon ton artaraq 798 milyon ton olacağı proqnozlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair icmalında əksini tapıb.
Bildirilir ki, məcmu təklifin həcm göstəricisinin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 2 milyon ton azalaraq 1056 milyon ton olacağı proqnozlaşdırılır.
Qeyd edilir ki, qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.6% azalacağı və 254 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə dəyişməz olaraq 216 milyon ton olacağı proqnozlaşdırılır.
Natiq Orucov