Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla Azərbaycan – ABŞ ikitərəfli tərəfdaşlığı, habelə COP29 və s. məsələləri müzakirə edib.
Newscenter.az xəbər verir ki, bu barədə amerikalı diplomat bildirib.
“ABŞ – Azərbaycan ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və uğurlu COP29-u müzakirə etmək üçün bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi salamladım”, – o deyib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Mehman Mehdiyev