Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan 14 məhkumun cəzasını ləğv edib

Ərdoğan 14 məhkumun cəzasını ləğv edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan humanist qərara imza atıb. Belə ki, dövlət başçısı keçmiş generallar Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erol da daxil olmaqla 14 məhkumun qalan cəzalarını ləğv edib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, dövlət başçısı məhkumları xəstəlik və qocalıq səbəbindən cəzadan azad edib.

"Rəsmi Qəzetdə" dərc olunan məlumata görə, məhkumlar Hacı Sülük, Ali Efteraslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna, Abdulhekim Yılmazın cəzaları da eyni səbəblərdən ləğv edilib.

Anar Əliyev
Xəbəri paylaş