Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə təhlükəsi təkcə Avropa miqyasında deyil

Müharibə təhlükəsi təkcə Avropa miqyasında deyil


Rusiyanın Ukraynaya hərbi müdaxiləsi soyuq müharibənin bitməsi ilə büdcə kiçilmələri və inventar azalmasına gedən Avropa ordularını tədirgin etdi. Rəsmi Kiyev qitə ölkələrindən hərbi yardım tələb edərkən qarşılaşdıqları ilkin mənzərə yetərli həcmdə istehsal potensialı olmayan hərbi saneyi kompleksləri və ehtiyyat texnika çatışmazlığı yaşayan ordular oldu. Təbii ki, Ukrayna aspektindən mövcud situasiya ürək açan olmadığı üçün əsas gözləntilər məhz ABŞ- a yönəldi. Rusiya ordusunun müharibə itkilərinə rəğmən döyüş əməliyyatlarına yüzlərlə tank və zirehli texnika cəlb etməyi bacarması, ölkə sənayesinin tamamilə hərbi əməliyyatlara köklənməsinin nəticəsi idi. Lakin hər fürsətdə Rusiya təhdini qabardan Avropanın aparıcı ölkələri rəqiblərinə nəzərən eyni inkişaf tempini yaxalaya bilmir. Bu isə qoca qitə üzərində Vaşinqtonun hegemonluğunu artırır.

Müharibə təhlükəsi təkcə Avropa miqyasında deyil, bütün dünya üzrə silahlanma tempini daha da artırdığı üçün yaranmış situasiyanı fürsətdə çevirən aparıcı silah istehsalçıları, istehsal həcmini artıraraq yeni bazarlara çıxış imkanı qazandı. Bu istiqamət üzrə fərqlənən ölkələrdən biri də Cənubi Koreyadır. Son iki ildə Avropada silahlanmaya ən çox vəsait xərcləyən dövlətlər Rumuniya və Polşa olduğu üçün Seoul sözügedən bazarda aktivlik nümayiş etdirərək Varşava və Buxarestlə dəyəri milyardlarla dollar həcmində silah satışı müqavilələri imzalayır. Qitə üzərində hərbi gücün Fransa və Almaniyadan Şərqə çəkmək istəyən Vaşinqton da, Seoulun aktivliyini dəstəkləyir. Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Moldova olacağı fikirlərinin artdığı bir vaxtda, iddialara əsasən Rumiya hökuməti, Cənubi Koreya ilə 200-300 say arası məhşur "K2 Black Panther" tanklarının alınması ilə bağlı razılaşma əldə edib. K2 tanklarının keyfiyyəti və üstünlüklərini nəzərə alarsaq Rumiya quru qoşunları gələcək illərdə Avropanın ən güclü orduları arasında yerini daha da möhkəmləndirəcək.

Pərviz Mirizadə-AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi
Xəbəri paylaş