Avropa bazarlarında qoyun ətinin qiyməti ən yüksək həddə çatıb.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair icmalına əsasən xəbər verir ki, yüksək qiymət göstəricisi cari ilin aprel ayında qeydə alınıb. Belə ki, 2024-cü ilin aprel ayında Avropa bazarında son bir il ərzində özünün ən yüksək həddinə çatan qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 4.5% artaraq 9.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Mal ətinin dünya bazar qiymətində isə qeyri-sabitlik müşahidə olunur. Aprel ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 8.8 faiz artaraq 6.0 ABŞ dolları səviyyəsində olub.
Natiq Orucov