Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəfah əməliyyatı bir çox problemi həll edəcək

Rəfah əməliyyatı bir çox problemi həll edəcək


"Qəzzanın cənubunda Rəfaha qarşı həyata keçirilən əməliyyat bir çox problemi həll edəcək".

Newscenter.az İsrailin dövlət televiziyası KAN-a istinadən bildirir ki, bunu baş nazir Benyamin Netanyahu deyib.

O bildirib ki, Rəfah əməliyyatı təkcə HƏMAS-ın məğlubiyyəti ilə məhdudlaşmayacaq, həm də qaçış və sığınacaq tunellərinin məhv edilməsi ilə nəticələnəcək.

Netanyahu hazırda çox mühüm bir müharibənin şahidi olduqlarını və bu müharibə bitdikdə düşməni məğlub etməyə daha yaxın olacaqlarını deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş