Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seçkilərin ədalətli və şəffaf keçirilməsi istiqamətində hökumət mühüm addımlar atacaq

Seçkilərin ədalətli və şəffaf keçirilməsi istiqamətində hökumət mühüm addımlar atacaq


"Ölkədə parlament və bələdiyyə seçkilərinə hazırlıq işləri gedir. Mütləq ki, seçkilərin ədalətli və şəffaf keçirilməsi istiqamətində hökumət mühüm addımlar atacaq".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, seçkilərin ədalətli və şəffaf keçirilməsi həmçinin ölkəmizdə yeni idarəetmə sisteminə keçid məqsədi daşıyır:

"Parlamentə seçkilərin keçirilməsi istiqamətində daha bir sistemin, yəni mojaritar seçki sistemilə paralel şəkildə həmçinin proporsional seçki sisteminin də əlavə edilməsi, onu deməyə əsas verir ki, parlamentdə artıq ənənəvi müzakirələrin yerini daha çox fikir ayrılıqları və daha çox təşəbbüslər üzərində qurulan siyasi mənsubiyyəti olan deputatlara və qruplara üstünlük verməkdə hökumətin məqsədi ölkəni yeni idarəetmə sisteminə keçməsini təmin etməkdir:

"Həmçinin hökumətin bu addımını zərurət hesab etməklə yanaşı, dəyişən dünyanın tələbi kimi də qəbul etmək olar. Belə ki, bura İcra Hakimiyyəti orqanlarının ləğv edilməsi və onları əvəz edən qurumların yaradılması, yeni bələdiyyələrə daha çox səlahiyyətlərin verilməsi, siyasi partiyaların potensialından istifadə olunması və digər addımların daxil olunması ilə ölkəmizin yeni idarəetmə sisteminə keçməsinə imkan vermək məqsədi sağlanacaqdır. Azərbaycan üçün həlledici əhəmiyyət kəsb edən bu addımlar, mütləq şəkildə ölkənin bütün sahələrinə öz təsirini göstərəcəkdir".

Anar Əliyev
Xəbəri paylaş