Birləşmiş Ştatlar və Cənubi Koreya avqust ayında birgə hərbi təlimlər keçirməyi nəzərdə tutub. Bu arada həmin hərbi təlimlər zamanı ABŞ və Cənubi Koreyanın Şimali Koreyaya nüvə zərbəsi endirəcəyi barədə xəbərlər yayılıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Agnetlik əbərdarlıq edir ki, manevrlər təlimlər nüvə müharibəsi planlarının son mərhələsini tam şəkildə həyata keçirmək məqsədi daşıyır.
Xəbərdə o da qeyd edilir ki, Cənubi Koreya və ABŞ silahlı qüvvələri “Ulchi Freedom Shield” təlimində KXDR-ə qarşı nüvə silahından istifadə ssenarisini tətbiq edəcəklər.
“Avqustda keçiriləcək genişmiqyaslı “Ulchi Freedom Shield” təlimi mövcud vəziyyətə və onun xarakterinə görə artıq nüvə zərbəsi təlimi adlandırılır", - deyə xəbərdə bildirilir.
Anar Əliyev