Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Südün qiymətində azalma müşahidə edilir

Südün qiymətində azalma müşahidə edilir


Qlobal ərzaq bazarında südün qiymətində azalma müşahidə edilir.

Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair icmalına əsasən xəbər verir ki, cari ilin mart ayında süd xammalının 1 tonunun fermadan satış qiyməti əvvəlki ayla müqayisədə ABŞ bazarında 0.9%, Yeni Zelandiyada 2.1% azalaraq müvafiq olaraq 456 və 361 ABŞ dollar olub.

Aprel ayında Avropa İttifaqında isə qiymətlər 1.5% azalaraq 497 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Quru südün 1 tonunun qiyməti 2024-cü ilin aprel ayında əvvəlki ayla müqayisədə ABŞ-da 1.0% artaraq 4773 ABŞ dolları, Avropa İttifaqında isə 1.1% azalaraq 3897 ABŞ dollar təşkil edib.

Natiq Orucov
Xəbəri paylaş