"Tatarıstan Asiya və Yaxın Şərq ölkələrinə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və onların əksəriyyəti ilə fəal işləyir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bunu Tatarıstan prezidenti Rüstəm Minnixanov deyib.
Tatarıstanın bir çox məhsullar istehsal etdiyini deyən Minnixanov, "Bizə bazar lazımdır. Bütün bu dəhlizlər bizim üçün çox vacibdir. Biz Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistanla fəal işləyirik. Əfqanıstanla aktiv işləməyi nəzərdən keçiririk", - deyə bildirib.
O qeyd edib ki, Rusiyanın Qərbdən Şərqə kommunikasiya istiqamətinin dəyişməsi və cənub dənizlərinə çıxış zərurəti nəzərə alınmaqla, bu nəqliyyat dəhlizlərinin inkişafı məsələsi ölkə üçün strateji əhəmiyyət kəsb edir:
"Biz Kama, Volqa və Xəzər dənizlərindən istifadə etməyi çox vacib hesab edirik. Bu, yüklərin daşınmasının ən ucuz yolu olardı".
Anar Əliyev