Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 71 yaşını qeyd edir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Tokayev 1953-cü il mayın 17-də yazıçı Kemel Tokayev və Almatı Pedaqoji Xarici Dillər İnstitutunun əməkdaşı Turar Şabarbayevanın ailəsində anadan olub.
Qasım-Jomart Tokayev İlyas Esenberlin adına 25 nömrəli gimnaziyanı bitirib. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ali təhsil alıb və 1975-ci ildə oranı bitirib.
Kasım-Jomart Tokayev beş dil bilir: qazax, rus, ingilis, çin və fransız.
Dövlət başçısının mətbuat katibi Berik Vəli bildirib ki, Tokayevlər ailəsi bu günü qeyd etməyəcək:
"Prezident ad gününü adi iş rejimində keçirir, ümumiyyətlə, nadir hallarda istirahət edir".
Anar Əliyev