Türkiyədə daha 24 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, onlar Çanaqqala sahillərində rezin qayıqda aşkar ediliblər.
Çanaqqalanın Ayvacık rayonu sahillərində saxlanılan 24 qeyri-qanuni mühacirin 7-si uşaq olmaqla hamısı Əfqanıstan vətəndaşıdır.
Qeyri-qanuni immiqrantlar əməliyyatlardan sonra Ayvacık Geri Dönüş Mərkəzinə çatdırılıb.
Anar Əliyev