Bu il Qazaxıstanda 186 min məzun məktəblə vidalaşacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hökumət başçısı Oljas Bektenovun tapşırığına əsasən, Atırau, Aktobe, Şimali Qazaxıstan vilayətlərindən olan 3500-dən çox uşaq aralıq və buraxılış imtahanlarından azad ediləcək.
Bundan başqa təhsildəki boşluqları doldurmaq üçün daşqınlardan zərər çəkmiş rayonlardan olan 832 min şagird üçün “Yay məktəbi” təşkil olunacaq.
Səhiyyə Nazirliyinin icazəsi olmadan yay istirahət mərkəzlərinin fəaliyyətinə icazə verməyəcək.
Anar Əliyev