Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ceyhun Bayramov: Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası üçün tədbirlər görülür

Ceyhun Bayramov: Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası üçün tədbirlər görülür



Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görülür.

Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə telefon danışığı zamanı deyib.

Telefon danışığı zamanı həmçinin iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınması, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü də diqqətə çatdırılıb.
Xəbəri paylaş