Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan kəndlərindən spirtli içkidən imtina aksiyası

Qazaxıstan kəndlərindən spirtli içkidən imtina aksiyası


Qazaxıstanda əksər yaşayış məntəqələri spirtli içkidən imtina aksiyasına qoşulub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu hal daha çox ölkənin Türküstan bölgəsində müşahidə edilir. Belə ki, sözügedən bölgədə spirtli içkidən imtina edən kəndlərin sayı 30-a çatıb.

Regional Rabitə Xidməti xəbər verir ki, Türküstan vilayətinin 30-a yaxın kəndi alkoqoldan tamamilə imtina edib.

Bu il bu sıraya Sayram rayonunun Xanqorqan kəndi də qoşulub.

Sayram rayon icra başçısının müavini M.Əlipov Xanqorqan kəndinin sakinləri ilə görüşərək kənd gənclərinin sağlam həyat tərzinə marağının artdığını bildirib.

Beləliklə, təkcə Sayram rayonunda alkoqolsuz kəndlərin ümumi sayı 10-a çatıb. Onların arasında Şirkin, Oşaxtı, Kurlık, Taşkeşu, Asılarık, Sarıarık, Toğan, Təspe, Xanqorqan, Kütaris kəndləri də var.

Anar Əliyev
Xəbəri paylaş