Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Rumıniyanın Baş naziri Çiolaku ilə Prezident Külliyesində görüşüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüşün nəticəsi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Baş naziri Marsel Çiolakunun iştirakı ilə iki ölkə arasında 6 müqavilə imzalanıb.
Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Rumıniya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Birinci Toplantısı baş tutub.
İki ölkə arasında imzalanan sənədlər bunlarıdr:
- Türkiyə Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında urbanizasiya sahəsində əməkdaşlıq haqqında Saziş
- Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq üçün Anlaşma Memorandumu
- Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyi arasında Kiçik və Orta Müəssisələrin Dəstəklənməsi üzrə Anlaşma Memorandumu
- Türkiyə Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında hüquq-mühafizə orqanlarının kadrlarının təhsili və hazırlığı sahəsində əməkdaşlıq protokolu
- Diplomatik nümayəndəliklərin və konsulluqların üzvlərinin ailə üzvlərinin gəlir gətirən işlərdə işə götürülməsi haqqında Saziş”.
Anar Əliyev