Qazaxıstanda uşaq evində xoşagəlməz hadisə yaşanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Şimali Qazaxıstanda 50-yə yaxın kimsəsiz uşaq qanunsuz olaraq sığınacaqdan çıxarılıb.
Həmçinin, analoji qanunsuzluq (“Məişət münasibətləri haqqında” qanunun 71-ci maddəsinin tələblərinə zidd olaraq) Akjar rayonunda və Petropavlda da qeydə alınıb.
Bundan əlavə, Ayırtau, Akjar, Akkayın, Qabit Müsirepov, Qızıljar, Maqzhan Jumabayev, Mamlyut, Tayinşa rayonları və Petropavl qəyyumları “Nikah və ailə haqqında” Məcəllənin 126-cı maddəsini pozaraq, onların təhsili və saxlanması barədə məlumat verməyiblər.
Tənzimləyici orqanın aktlarına əsasən 8 vəzifəli şəxs, o cümlədən 2 rayon təhsil şöbəsinin müdiri intizam məsuliyyətinə cəlb edilib, qanun pozuntuları aradan qaldırılıb.
Nərgiz Əzizova