Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Agentlik rəhbəri 3 rayondan olan vətəndaşları qəbul edəcək

Agentlik rəhbəri 3 rayondan olan vətəndaşları qəbul edəcək


Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov may ayının 24-də Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

Newscenter.az xəbər verir ki, qəbul saat 10:00-da Ağdam rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Ağdam rayonu “41 №-li Yol İstismarı”, Ağcabədi rayonu “40 №-li Yol İstismarı” və Laçın rayonu “56 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Süleyman
Xəbəri paylaş