Qazaxıstanda yenidən daşqın təhlükəsi yaranıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb Çində su bəndinin uçmasıdır.
Qazaxıstanın Su Təsərrüfatları və Suvarma Nazirliyi bildirib ki, məsələ ilə əlaqədar olaraq nazirliyin mütəxəssisləri çinli həmkarları ilə daim əlaqə saxlayırlar. Çin tərəfi transsərhəd çaylar vasitəsilə saniyədə 1400 kubmetr su göndərdiklərini bildirib.
Kəndlərdə daşqın təhlükəsinin olmadığı bildirilib.
Qeyd edək ki, Çində bəndin uçması Qazaxıstanda bir sıra sərhəd çaylarında suyun səviyyəsinin təhlükəli həddə qalxmasına gətirib çıxarıb.
Anar Əliyev