Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda ictimai nəqliyyat iflic olub

Ermənistanda ictimai nəqliyyat iflic olub


Ermənistanda ictimai nəqliyyat iflic olub.

Newscenter.az news.am-a istinadən bildirir ki, buna səbəb sürücülərin tətilə çıxmasıdır. “Yerevan Bus” QSC əməkdaşlarının və sürücülərin etirazına səbəb baş mühəndis Andranik Manukyanın işdən uzaqlaşdırılmasıdır. Aksiya iştirakçıları Manukyanın işə bərpa olunmasını tələb edirlər.

Həmçinin gün ərzində yeni təyin olunmuş direktor Samvel Nazaryanın işdən çıxarılması tələbi ilə imza toplanmasına başlanılıb. Aksiya iştirakçılarının sözlərinə görə, baş mühəndis səbəbsiz işdən çıxarılıb.

Gün ərzində Andranik Manukyan sürücülərə və digər işçilərə yaxınlaşaraq onları işə qayıtmağa çağırıb, çünki nəqliyyatın hərəkəti iflic olub və sərnişinlər saatlarla dayanacaqlarda gözləyirlər. Sürücülər bundan imtina edərək, yalnız onun işə bərpasından sonra işə davam edəcəklərini bildiriblər.

Axşam saatlarında Yerevan meri Tiqran Avinyan və mer müavinləri də aksiya keçirilən əraziyə gəliblər.

Fuad Hüseynzadə
Xəbəri paylaş