Qəssam Briqadaları qrupu İsrail əsgərlərini pusquya salıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında pusquya düşən İsrail əsgərləri arasında ən azı 10 ölü və yaralı olduğunu açıqlayıb.
Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamada, qurudan Beyt Hanuna girən İsrail əsgərlərinin gecə saatlarında pusquya salındığı bildirilib.
Açıqlamada Beyt Hanunda 10 İsrail əsgərini daşıyan avtomobilin əvvəlcə vurulduğu, daha sonra maşına əl qumbaralarının atıldığı, pusquya düşən əsgərlərin köməyinə əlavə qüvvələrin gəldiyi bildirilib.
Açıqlamada, vasitədəki partlayıcı qurğunun əlavə qüvvələr gəldiyi zaman işə düşdüyü, pusquya düşərək köməyə gələn əsgərlərin öldüyü və ya yaralandığı bildirilib.
Süleyman