Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifətçilik ölkədə baş verən hər bir hadisəyə neqativ qiymət verməkdən ibarət deyil

Müxalifətçilik  ölkədə baş verən hər bir hadisəyə neqativ qiymət verməkdən ibarət deyil


Ölkədə sosial-siyasi sabitliyin bərqərar olması, qorunub-saxlanılması və möhkəmləndirilməsi bir sıra amillərdən asılıdır. Bu amillərdən birinciləri iqtidar-müxalifət münasibətlərinin vəziyyətindən, ölkədə dialoq mühitinin mövcudluğundan, siyasi mübarizənin sivil, demokratik, qarşılıqlı hörmət, siyasi mübarizənin milli və dövlətçilik mənfelərinin əsas götürülməsi əsasında aparılmasından ibarətdir. Təqdirə layiq haldır ki, son illlər bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilmişdir və onların daha da inkişaf etdirlməsi istiqamətində tədbirlər davam etdirilməkdədir.

Prezident Administrasiyasının “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi”nin təşkilatçılığı Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə may ayının 16-da təşkil edilmiş görüş, fikrimizcə, qeyd edilən istiqmətdə atılmış mühüm addım hesab edilməlidir. Qeyd edilən şöbənin müdiri, hörmətli Ədalət Vəliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi konfiqurasiyanın bərqərar olması, iqtidar-müxalifər münasibətlərinin normalaşdırılması məqsədi ilə çoxsaylı tədbirlər, siyasi partiyaların rəhbərləri ilə görülər və müzakirələr aparılsa da, yuxarıda qeyd edilən tərkibdə görüş ilk dəfə təşkil edilimişdir. İlk dəfə idi ki, tədbirdə iştirak edən müxtəlif dövlət orqanlarının nümayəndələri “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat vermələ yanaşı, partiya nümayəndələrini maraqlandıran suallar cavab vermiş, aydınlıq gətirmişlər. Şübhəsizdir ki, görüşün nəticələri ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlığın, sağlam siyasi dialoq mühitinin yaxşılaşdırılmasına, ümummilli məsələlərdə həmrəylin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Təəssüf ki, ölkəmizdə, eləcə də xaricdə, fəaliyyət göstərən bəzi üzdəiraq “siyasətçilərin” həm görüşün keçirilməsinə, həm də onun nəticələrinə münasibəti həmrəyliyə, mili birliyə, dialoq mühitin yaxşılaşdırılmasına, yumşaq desək, xidmət etmir. Ölkəmizdə sosial-siyasi sabitliyin bərqərar olmasında maraqlı olmayan xarici bədxaxları haradasa “başa düşmək olar”. Ancaq hakimiyyətə gəlməkdə iddialı olan bəzi “milli siyasətçilərin” mövqeyi başa düşülən deyil! Bu siyasətbazlar unudurlar ki, müxalifətçilik ölkədə baş verən hər bir hadisəyə neqativ qiymət verməkdən, qarayaxmalardan, gözdən salmaqdan, öz mənafelərini milli və dövlət maraqlarından üstün tutmaqdan ibarət deyildir! Onlar nəzərə almaq istəmirlər ki, müxalifətçilik ölkədə baş verən hadisələrə obyektiv qiymət verməkdən, çatışmazlıqları obyektiv işıqlandırmaqdan və onların aradan qaldırılmasına istiqamətlənmiş, milli maraqlara xidmət edən təklif və tövsiyələr irəli sürmədən ibarətdir ki, bu da sivil siyasi mübarizə, konstruktiv dialoq mühitinin mövcudluğu şəraitində mümkündür, bunlara müqavimət göstərməyə çalışmaqdan yox! Unutmaq olmaz ki, iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq siyasi partiyanın fəaliyyətinin əsasında ilk olaraq milli və dövlət maraqlarını üstün tutulmalıdır!

Teyyub Əliyev, politoloq
Xəbəri paylaş