Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Hesablayıcı komissiyasının sədri Eldar Quliyev mayın 23-də Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, səfərdə deputatlar 28 may Müstəqillik Günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaqlar.
Səfər mayın 26-da başa çatacaq.
Fuad Hüseynzadə